Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılıb
15 oktyabr 2025 - 20:59 549
Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Əbdürəhmanov vəzifəsindən ayrılıb.
Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.
Bildirilib ki, mütəxəssis bundan sonra fəaliyyətini federasiyada müşavir kimi davam etdirəcək.
Qeyd edək ki, Rəşad Əbdürəhmanov 2013-cü ildən Azərbaycan üzgüçülük millisinə başçılıq edirdi.