Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunub
16 oktyabr 2025 - 11:08 561
Xorvatiyanın Zadar şəhərində Avropa Stolüstü Tennis Birliyinin (ASTB) növbəti konqresi keçirilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) bildirilib ki, ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılovanın da qatıldığı tədbirdə ASTB-yə üzv ölkələrin nümayəndələri iştirak ediblər. Konqresdə ali idman qurumunun son bir ildə gördüyü işlər haqqında hesabat dinlənilib, mövcud durum və gələcək fəaliyyət planı müzakirə olunub, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.
ASTB rəhbərliyi tərəfindən məqsədyönlü fəaliyyət göstərən federasiyalara təşəkkür bildirilib, stolüstü tennis idman növünün inkişafı istiqamətində uğurlar arzulanıb.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı