BOK-da tarixi dönüş: Tomas Bax səlahiyyətlərini Kirsti Koventriyə təhvil verdi
23 iyun 2025 - 17:25 96

İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Evində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbərliyində rəsmi dəyişiklik baş tutub. BOK-un prezidenti Tomas Bax səlahiyyətlərini yeni seçilmiş prezident Kirsti Koventriyə təhvil verib.
Mərasim 23 iyun - Beynəlxalq Olimpiya Günündə keçirilib. Bu tarix 1894-cü ildə baron Pyer de Kubertenin təşəbbüsü ilə müasir Olimpiya Oyunlarının əsasının qoyulduğu gün kimi qeyd olunur. Mərasimdə BOK üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış idmançılar və siyasi liderlər daxil olmaqla 700-dən çox qonaq iştirak edib.
2004 və 2008-ci illərdə Olimpiya çempionu olmuş zimbabveli üzgüçü Kirsti Koventri bu ilin martında keçirilmiş sessiyada BOK-un 144-cü və ilk qadın, həmçinin ilk afrikalı prezidenti seçilib. O, səkkiz il müddətinə bu vəzifəni icra edəcək.
Tomas Bax çıxışında duyğularını belə ifadə edib: “Bu gün minnətdarlıq, inam və sevinc günüdür. Birgə keçdiyimiz yol Olimpiya Hərəkatının gücünü göstərdi. İnanıram ki, Kirsti Koventri bu yolu inamla davam etdirəcək”.
Kristi Koventri isə öz növbəsində Tomas Baxın xidmətlərini yüksək dəyərləndirib: “Siz bizə güclü irs qoydunuz. Biz Sizin rəhbərliyinizlə bir çox sınaqları dəf etdik. Sizin fədakarlığınız bu hərəkat üçün nümunə oldu”.
Xatırladaq ki, Almaniyanın qılıncoynatma üzrə Olimpiya çempionu olan Tomas Bax 2013-cü ildə BOK-un 9-cu prezidenti seçilmişdi və 12 il bu vəzifəni icra edib. O, hazırda təşkilatın ömürlük fəxri prezidentidir.
Bənzər xəbərlər

Bu gün XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçiriləcək
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay ... Ətraflı

Azərbaycan təmsilçisi İsveçrə komandasına qalib gəlib
Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.
Sözügedən ... Ətraflı