Bilyard üzrə Bakı şəhər çempionatına yekun vurulub
01 iyul 2025 - 10:46 685
Azərbaycan Bilyard Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatına yekun vurulub.
Yüksək səviyyədə təşkil olunan yarışda peşəkar oyunçular güclərini sınayıblar.
Kişilər arasında Murad Fəttayev qızıl, Elnur Nuriyev gümüş, Ruslan Əmiraslanov ilə Orxan Rzayev isə bürünc medal qazanıblar.
Qadınların yarışında Mina Nəsirova birinci, Zəhra Abbasova ikinci, Valeriya Konkina və Zəminə Yolçuzadə isə üçüncü yerləri tutublar.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı