Xəbərlər

Beynəlxalq yarışda iki qızıl medal

05 aprel 2024 91

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən atçılığın dresaj növü üzrə cavan və böyük əsas atlar ("Qızıl Tur") arasında "Maksima Masters" çempionatında iki qızıl medal qazanıb.

 

İdmançı buna cavan atlar arasında keçirilən yarışda nail olub. O, turnirdə 3 atla iştirak edir.

 

Qeyd edək ki, "Maksima Masters" çempionatı aprelin 7-dək davam edəcək.