Beynəlxalq reqatanın iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib
15 oktyabr 2024 876
Akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası” öncəsi iştirakçı komandaların rəhbərləri və hakimlər kollegiyasının iclası keçirilib.
Bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə yarışın keçirilmə qaydaları komanda təmsilçilərinə ətraflı izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbir zamanı həmçinin idmançıların çıxış ardıcıllığını müəyyənləşdirən püşkatma mərasimi keçirilib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı




