Beynəlxalq proqramın iştirakçıları Şuşa və Xankəndidə olublar
06 dekabr 2024 772
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının bağlanış mərasimindən sonra iştirakçılar Xankəndi və Şuşa turuna çıxıblar.
Qonaqlar əvvəlcə Xankəndidə yerləşən Qarabağ Universiteti və şəhər meydanı ilə tanış olublar. Daha sonra Şuşa qalası və Yuxarı Gövhər Ağa məscidinə baş çəkiblər.
Uzun müddət erməni işğalı altında qalmış Şuşa və Xankəndi şəhərləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Şuşa səhərində üç gün davam edən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak ediblər.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) ölkələrin inkişafında mühüm rol oynayan, gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il İƏT-ə üzv ölkələrdən bir şəhəri “Gənclər Paytaxtı” seçir və ilboyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunub.
Prezident İlham Əliyev 2024-cü il 17 aprel tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı