Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan idmançısı ilə bağlı paylaşım edib
25 avqust 2024 1196
Beynəlxalq Olimpiya Komitəsi Paris Olimpiadasında iştirak etmiş Azərbaycan idmançısı Yaylagül Ramazanova ilə bağlı paylaşım edib.
"olympic.az" xəbər verir ki, paylaşımda qeyd edilib:
“Çempion ürəyi, ananın gücü. Yaylagül Ramazanova “Paris-2024”də limitləri yenidən müəyyənləşdirdi”.
Qeyd edək ki, ana olmağa hazırlaşan idmançımızın Olipmpiadanın kamandan oxatma yarışlarında iştirakı bütün dünya mediasının diqqətini cəlb edib. Xarici media nümayəndələri onun bu addımını böyük cəsarət və əsl idmançı əzmkarlığı kimi qiymətləndiriblər. Bir çox beynəlxalq media qurumları Yaylagüldən müsahibə götürmək və onunla reportaj hazırlamaq üçün müraciət ediblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı