Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi ölkəmizə gələcək
12 sentyabr 2024 1164
Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü, iki Olimpiya Oyunlarının iştirakçısı, batut üzrə 6 qat dünya çempionu, 7 qat Avropa çempionu, belaruslu mütəxəssis Dmitri Polyaruş Azərbaycana səfər edəcək.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, qurum rəsmisi ölkəmizdə keçiriləcək “Milli mütəxəssislər üçün hakimlik və məşqçilik üzrə seminar”da bilik və bacarıqlarını bölüşəcək.
Qeyd edək ki, seminar sentyabrın 16-20-si aralığında keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı