Beynəlxalq federasiya rəhbərləri Bakıda avarçəkmə məşqlərini izlədilər
11 mart 2026 - 21:59 380
Martın 11-də Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana ölkəmizə səfər ediblər.
Səfər çərçivəsində beynəlxalq kanoe təşkilatlarının rəhbərləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasında olublar. Qonaqlara federasiyanın inzibati binasındakı iş şəraiti ilə bağlı məlumat verilib.
Daha sonra Tomas Konyetsko və Jan Zunqrana yerli federasiyanın nümayəndə heyəti ilə birgə bulvar ərazisində fəaliyyət göstərən Bakı Avarçəkmə və Kanoe İdman klubuna baş çəkiblər. Bazadakı məşq şəraiti ilə tanış olan qonaqlar avarçəkənlərin Xəzər dənizindəki gündəlik məşqlərini izləyiblər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı

