Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar adaptiv cüdo turniri keçirilir
18 mart 2025 479
Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən ilk dəfə adaptiv cüdo turniri keçirilir.
Yarışda 20-yə yaxın daun sindromlu cüdoçu medallar uğrunda mübarizə aparır.
Qeyd edək ki, 2024-cü ilin iyul ayından etibarən ACF tərəfindən həyata keçirilən "Adaptiv Cüdo" layihəsi daun sindromlu, autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların idman vasitəsilə sosial inteqrasiyasını təşviq etməyi hədəfləyir. Layihənin əsas məqsədi cüdonun əsas dəyərlərini aşılamaqla fiziki aktivliyi və əqli sağlamlığı inkişaf etdirmək, eyni zamanda, uşaqların özünəinam hissini artırmaqdır.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı