Beynəlxalq Cüdo Federasiyası Akademiyasının iştirakçılarına sertifikatlar təqdim olunub
15 avqust 2025 - 18:40 203
Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının cüdo məşqçiliyi üzrə proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) bildirilib ki, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu təhsil sahəsində fəaliyyətin qurumun ümumi strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və növbəti ildən etibarən daha çox beynəlxalq iştirakçıların qəbuluna şərait yaradılacağını qeyd edib.
IJF Akademiyasının direktoru Envik Qalea məşqçilərin yaradılan imkanlardan maksimum yararlanaraq imtahanlardan uğurla keçəcəklərinə inamını ifadə edib. O, həmçinin iştirakçıların hamısının bu gün keçirilən kata imtahanını müvəffəqiyyətlə başa vurduğunu bildirib.
Yekunda proqrama qatılan məşqçilərə iştirakçı sertifikatları təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə 5-ci dəfə baş tutan proqrama Azərbaycanla yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48 məşqçi qatılıb. İndiyə qədər isə sözügedən proqrama 245 yerli məşqçi təhsil prosesinə cəlb edilib. Onlardan 168 nəfər isə imtahanları uğurla başa vuraraq beynəlxalq məşqçilik diplomunu əldə ediblər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı