Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
18 aprel 2024 1110
Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar məlum olub.
Günün ilk oyununda "NTD-İndiqo" və "Xəzri" komandaları üz-üzə gəliblər. Görüş ikincilərin 78:73 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da paytaxt təmsilçisi adını finala yazdırıb.
Günün ikinci matçında "Neftçi" ilə "Sərhədçi" komandası qarşılaşıb. Rəqibinə 91:73 hesabı ilə qalib gələn "ağ-qaralar" həlledici mərhələyə adlayıb.
Qeyd edək ki, "Xəzri" və "Neftçi" arasında baş tutacaq final matçı aprelin 20-də keçiriləcək.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı