Basketbol Liqasında XVI tura B qrupunun oyunları ilə yekun vurulacaq
05 mart 2025 593
Bu gün Azərbaycan Basketbol Liqasında XVI turun oyunlarına yekun vurulacaq. Turun son oyun günündə 2 qarşılaşma təşkil olunacaq. Hər iki oyun B qrupunun komandaları arasında olacaq. Günün ilk oyunu Şəki Olimpiya İdman Kompleksində keçiriləcək. Saat 14:00-da başlayacaq oyunda “Şəki” klubu “Ordu” ilə qarşılaşacaq. Aktivlərində 26 xalı olan komandalar müvafiq olaraq B qrupunun ikinci, üçüncü pillələrində qərarlaşıb.
Turun son qarşılaşmasında “Quba” komandası “Gəncə” ilə üz-üzə gələcək. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək oyun saat 19:00-da başlayacaq. “Gəncə” klubu hazırda 26 xalla qrup lideridir. Sonuncu - 6-cı olan “Quba”nın isə aktivində 19 xalı var.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"a 114:70, "Sabah" "Sərhədçi"yə 89:73, "Sumqayıt" "Lənkəran"a 88:83, NTD isə “Abşeron”a 98:85 hesabı ilə qalib gəlib.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı