“Bakuriani 2025” Gənclərin Avropa Qış Olimpiya Festivalında ölkəmizi təmsil edəcək idmançımız bəlli olub
01 fevral 2025 484
Fevralın 9-dan 16-dək Gürcüstanın Bakuriani şəhərində keçiriləcək Yeniyetmələrin Avropa Qış Olimpiya Festivalı keçiriləcək.
“Bakuriani 2025” Gənclərin Avropa Qış Olimpiya Festivalında Azərbaycanı fiqurlu konkisürmə idman növü üzrə Leyli Axundova təmsil edəcək.
Festivalda 42 ölkədən 1000-ə yaxın idmançının iştirakı gözlənilir.
Gürcüstan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə festivalı yüksək səviyyədə keçirməyə hazırdır və müvafiq infrastruktur hazırlanıb. O cümlədən, Tbilisidə beynəlxalq standartlara cavab verən buz arenası açılıb. Bakurianidə isə 3,5 km uzunluğunda biatlon və kros trası açılacaq.
Festivalda iştirak edəcək ilk nümayəndə heyətləri fevralın 4-də Gürcüstana səfər edəcək, 2 gün sonra isə buzüstü hokkey üzrə ilk yarışın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Bakuriani 2025” çərçivəsində Tbilisi, Batumi və Bakurianidə qış idmanının səkkiz növü üzrə yarışlar keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı