Bakıda xatirə turnirinə start verilib, ilk günün qalibləri müəyyənləşib
05 sentyabr 2025 - 22:30 438
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Əməkdar məşqçi Hacıbaba Zeynalovun xatirəsinə həsr olunmuş atma növləri üzrə Respublika turnirinə start verilib.
Suraxanı Atmalar Bazasında keçirilən yarışda böyüklərlə yanaşı, müxtəlif yaş kateqoriyaları üzrə qaliblər müəyyənləşib.
Turnirin ilk günündə kişilərin nüvə itələmə yarışında İsmayıl Əliyev qalib olub. Bu növdə qadınların mübarizəsində Səkinə Hacızadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Lövhə atma növündə 18 yaşadək oğlanlar arasında Kənan Vəliyev, 16 yaşlılarda isə Zeynəb Əmrahova bütün rəqiblərini qabaqlayıb. U-16 yaş kateqoriyasında nüvə itələmədə oğlanlarda Fərid Qənbərov, qızlarda isə Nəzrin İsayeva 1-ci yeri tutub.
Turnirə sabah yekun vurulacaq.
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı


