Bakıda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş gənclər festivalı keçiriləcək
12 sentyabr 2023 451
Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Gənc Fest” festivalı keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında sentyabrın 21-dən 24-dək təşkil olunacaq tədbirə 16-29 yaş arası hər kəs qatıla bilər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.
Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadacaq.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı