Bakıda taekvondo üzrə ənənəvi "Koreya səfiri kuboku" keçiriləcək
01 sentyabr 2025 - 17:44 656
Sentyabrın 6-da Bakıda taekvondo üzrə ənənəvi "Koreya səfiri kuboku" keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyası (ATF) və Cənubi Koreyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarışda 2008, 2009 və 2010-cu il təvəllüdlü gənc oğlanlar və qızlar olimpiya çəki dərəcələri üzrə mübarizə aparacaqlar.
Oğlanlar 48, 55, 63, 73, +73 kq, qızlar isə 44, 49, 55, 63 və +63 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. 35 klubdan 145 idmançının iştirak edəcəyi yarış Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda reallaşacaq.