Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21 may 2025 337
Bu gün Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın əməkdar artisti Səbinə Babayevanın ifasında Dövlət Himni səsləndirilib.
Sonra ölkəmiz haqqında musiqi və xüsusi işıq şousunun müşaiyəti ilə maraqlı səhnəcik göstərilib. Burada ritmik və həyəcanlı musiqi vasitəsi ilə rəqqasların nümunəvi ifası təqdim olunub. Açılış mərasimində xüsusi olaraq Bakıya dəvət olunmuş dünya freestyle sənətinin əfsanəsi Sean Qarnier topla möhtəşəm hərəkətlər nümayiş etdirib. Azərbaycanın xalq artisti Aygün Kazımova və türkiyəli pop ulduzu Aleyna Tilkinin ifaları tədbirə əlavə rəng qatıb. Tədbirin sonunda turnirin rəsmi maskotu olan Maralzadə azarkeşlərə təqdim olunub.
Qeyd edək ki, açılış mərasimindən sonra minifutbol üzrə milli komandamız mundialda ilk oyununu keçirib. A qrupunda qərarlaşan futbolçularımız Bəhreyn seçməsi ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Millimizin heyətində yeganə qolu Mirmehdi Rzayev vurub.
Qarşılaşmadan əvvəl millli komandamızın üzvləri Tural Nərimanov, Davud Karimi, Seymur Məmmədov və Bəxtiyar Soltanovun seçmə komandada karyeralarını başa vurmaları ilə əlaqədar təntənəli şəkildə yola salınıb və onlara xüsusi mükafat təqdim olunub.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı