Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda bu gün bütün finalçılar bəlli olacaq
07 mart 2025 481
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda bu gün təsnifat mərhələsinə yekun vurulacaq.
Yarışın ikinci günündə idmançılar dəstəli at, dayaqlı tullanma, gimnastika tiri, turnik və sərbəst hərəkətlərdə çıxış edəcəklər. Bununla da bütün finalçıların adlarına aydınlıq gələcək.
Dünya Kubokunda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında isə Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edir.
Ötən gün keçirilən təsnifat yarışlarında Azərbaycan gimnastlarından D.Əliyeva dayaqlı tullanmada, N.Simonov isə halqalarla hərəkətlərdə finala vəsiqə qazanıblar. Finallar martın 8-9-da təşkil olunacaq.
Dörd gün davam edəcək turnirin yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı