Bakıda keçiriləcək Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
29 mart 2024 38
Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində 33 ölkənin idmançıları iştirak edəcək.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
İştirakçı sayına görə yunan-Roma güləşi üstünlük təşkil edir. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq.
Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziya sahiblərini müəyyənləşdirəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Ümumilikdə Bakıda 297 güləşçi olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq.
“İticket” vasitəsi ilə bilet satışı da sürətlə davam edir. Artıq biletlərin 1/3-i satılıb. Biletləri bu şirkətin satış məntəqələrindən və ya "iticket.az" saytından onlayn qaydada əldə etmək mümkündür.
Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı