Bakıda ilk dəfə keçiriləcək beynəlxalq triatlon yarışının təqdimat mərasimi olub
01 oktyabr 2025 - 17:30 758
Bu gün Azərbaycanın idman tarixinə düşəcək yeni beynəlxalq yarışın — “IRONMAN 70.3 BAKU” triatlon yarışının təqdimat mərasimi baş tutub.
Mətbuat konfransında gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, həmçinin “IRONMAN” Qrupunun EMEA üzrə rəhbərləri — vitse-prezident və baş direktor Tomas Veje Olsen, nümayəndə Alberto Qarriga, regional direktor Henrik Brovell və MDB üzrə eksklüziv “IRONMAN” lisenziya sahibi Nurlan Abduov iştirak ediblər.
Təqdimatda bildirilib ki, yarış 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək. Proqram çərçivəsində “IRONMAN 70.3” triatlonu, “Fun Run” 5 kilometr qaçışı və “IRONKIDS” uşaq yarışı təşkil olunacaq.
Triatlon yarışının mərhələləri aşağıdakı kimi olacaq:
• Üzgüçülük — 1,9 kilometr (Xəzər dənizində tək dövrə)
• Velosiped — 90 kilometr (2 dövrə)
• Qaçış — 21,1 kilometr yarımmarafon (3 dövrə)
Bundan əlavə, 2026-cı il sentyabrın 4–6-da sakinlər və turistlər üçün geniş əyləncə proqramı, həmçinin “IRONMAN EXPO” zonası təşkil olunacaq. Burada ziyarətçilər rəsmi IRONMAN məhsulları və müxtəlif idman ləvazimatları əldə edə biləcəklər.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı