Bakıda fiqurlu konkisürmə üzrə Qran-Prinin açılış mərasimi keçirilib
24 sentyabr 2025 - 14:30 634
Bakıda yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Prinin açılış mərasimi keçirilib.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev ölkəmizdə konkisürmə ilə məşğul olanların sayının artdığını söyləyib.
Gənclər və idman naziri Fərid Qayıbov isə Azərbaycanda qış idman növlərinə marağın yüksək səviyyədə olduğunu bildirib və turniri açıq elan edib.
Sonra tədbir bədii hissə ilə davam edib.
Turnirdə Azərbaycan, Almaniya, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Kanada, Çin Xalq Respublikası, Çexiya, İspaniya, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Küveyt, Latviya, Litva, Monqolustan, Niderland, Peru, Polşa, Portuqaliya, Sloveniya, İsveçrə, Slovakiya, İsveç, Türkiyə, ABŞ və Özbəkistan idmançıları qüvvələrini sınayırlar.
Ümumi olaraq yarışa gələn iştirakçıların sayı (məşqçi, hakim, texniki mütəxəssislər, idmançılar və ISU rəsmiləri) 300 nəfər təşkil edir.
Qran-Pridə Azərbaycanı fiqurlu konkisürmənin tək konkisürmə növündə Səbinə Əliyeva, Leyli Axundova və Arina Kaluqina, buz üstündə rəqs növü üzrə isə Anna Obrayn və Dreyk Tonq təmsil edirlər.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı