Bakıda fiqurlu konkisürmə üzrə Qran-pri turnirində qadınlar arasında qısa proqram keçirilib
24 sentyabr 2025 - 22:39 556
Bakıda fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının yeniyetmə qadınlar arasında qısa proqramı keçirilib.
Qısa proqram üzrə 30 ölkədən 35 idmançı çıxış edib.
Nəticələrə əsasən Sofia Şifrin (İsrail) 61.57 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yi Van Honq (Çin) 60.96 xalla ikinci, Hevon Dju (Cənubi Koreya) isə üçüncü nəticə göstərib.
Azərbaycan təmsilçiləri Arina Kaluqina 57.87 xalla 6-cı, Səbinə Əliyeva 35.76 xalla 28-ci, Leyli Axundova isə 35.33 xalla 29-cu yerdə qərarlaşıblar.
Qeyd edək ki Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilir. Turnirdə 38 ölkədən 92 idmançı iştirak edir.
Yarışın ikinci günündə kişilər buz üzərində sərbəst proqramla, cütlüklər isə qısa rəqs proqramı ilə çıxış edəcəklər.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı