Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
19 aprel 2024 57
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə federasiyanın yeni talismanları - zərif ceyran və cəsur tülkü ictimaiyyətə təqdim edilib.
Sonra iştirakçı ölkələrin dövlət bayraqları arenanın mərkəzinə gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, paytaxtımızın gimnastika növləri üzrə daha bir nüfuzlu yarışı qəbul etməsini ölkəmizdə idmana göstərilən diqqət və qayğının nümunəsi kimi dəyərləndirib. Bakının dünya gimnastikasının əsas mərkəzlərindən biri olduğunu deyən nazir, Azərbaycanın idman uğurlarının artdığını və gimnastikanın ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışda 41 ölkəni təmsil edən 116 idmançı iştirak edir. Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. Yarışa aprelin 21-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar
Güləş üzrə Azərbaycan milli komandaları Bakıda təlim-məşq toplanışı keçir.
Yunan-Roma və ... Ətraflı
Azərbaycan Bakıdakı Dünya Kubokunda 43 atıcı ilə təmsil olunacaq
Azərbaycan bu gün Bakıda start götürəcək atıcılıq üzrə Dünya Kubokunda ... Ətraflı