Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
06 noyabr 2024 619
Noyabrın 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində akrobatika üzrə ölkə çempionatı və Bakı birinciliyi, bir gün sonra isə aerobika gimnastikası üzrə ölkə çempionatı, Bakı çempionatı və paytaxt birinciliyi keçiriləcək.
Akrobatika gimnastikası üzrə XXIX ölkə çempionatında Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən ümumilikdə 73 idmançı çıxış edəcək.
Üç günlük yarışlarda qadın cütlükləri, kişi cütlükləri, qarışıq cütlüklər, qadın qrupları və kişi qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
Noyabrın 8-də 8-ci dəfə startı veriləcək aerobika gimnastikası üzrə yarışda isə “Ocaq Sport” klubu və Sumqayıt Olimpiya İdman Kompleksindən 76 gimnast medallar uğrunda mübarizə aparacaq.
İdmançılar uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarına uyğun olaraq fərdi və üçlük proqramda çıxış edəcəklər.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı