Bakı on yeddi yaşadək həndbolçu qızların Avropa çempionatına ev sahibliyi edəcək
01 avqust 2023 153
Paytaxtımız avqustun 5-dən 13-dək on yeddi yaşadək həndbolçu qızların Avropa çempionatına ev sahibliyi edəcək.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, milli komandamız avqustun 5-i saat 17:15-də başlanacaq açılış mərasimindən sonra çıxacağı ilk oyunda Gürcüstan seçməsi ilə qarşılaşacaq. Ertəsi gün Sloveniya kollektivi ilə görüşəcək həndbolçularımız avqustun 7-də Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.
Komandamız avqustun 9-da Litva millisi ilə oyunla qrup mərhələsini başa vuracaq. Azərbaycan millisinin bütün oyunları saat 18:00-da başlanacaq.
Avqustun 12-də 9-10-cu, 5-8-ci yerlər uğrunda görüşlər və yarımfinal oyunları keçiriləcək.
Ertəsi gün 7-8-ci, 5-6-cı və 3-4-cü yerlər uğrunda görüşlər olacaq.
Həmin gün saat 18:00-da final matçı ilə yarışa yekun vurulacaq.
Xatırladaq ki, Bakı İdman Sarayında təşkil olunacaq Avropa çempionatında Azərbaycan millisi ilə yanaşı, Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları da mübarizə aparacaq.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı