“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi
04 may 2025 799
Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan və “Küləyə qalib gəl” devizi ilə keçirilən “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib.
Marafonda kişilər arasında mübarizədə finiş xəttini birinci Türkiyə təmsilçisi Atac Sezgin keçib. Rusiyalı idmançı Vitali Şafar ikinci, digər türkiyəli atlet Murat Emekdar isə üçüncü olub.
Qadın iştirakçılar arasında isə marafonun qalibi adını Ukraynadan olan Natalya Semenoviç qazanıb. Azərbaycan idmançısı Anna Yusupova ikinci pillədə yer alıb. Üçüncü yeri isə yaponiyalı Eriko Soma tutub.
Qaliblər medal və pul mükafatları ilə təltif olunublar.
Qeyd edək ki, builki marafona rekord sayda - təxminən 28 min iştirakçı qeydiyyatdan keçib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı