Bakı Akrobatika üzrə Dünya kubokunun üçüncü mərhələsinə ev sahibliyi edəcək
12 mart 2025 816
Bakıda akrobatika üzrə Dünya kubokunun üçüncü mərhələsi keçiriləcək.
Reytinq yarışı iyunun 13-15-də Milli Gimnastika Arenasında təşkil ediləcək.
Ümumilikdə, Dünya kuboku seriyası beş mərhələdən ibarətdir. Mövsüm Purs-Sind-Amansda (Belçika, 6-8 mart) başlayıb, növbəti turnir Burqasda (Bolqarıstan, 30 may-1 iyun) təşkil olunacaq, bundan sonra növbə Bakıya çatacaq.
Daha sonra Dünya kubokuna Aalen (Almaniya, 19-21 iyun), final mərhələsinə isə Rjeşof (Polşa, 27-29 iyun) ev sahibliyi edəcək.
Qeyd edək ki, artıq 2018-ci ildə Bakıda akrobatika üzrə Dünya kuboku, iki il əvvəl isə paytaxtda bu növ üzrə dünya çempionatı, həmçinin yaş qrupları üzrə Dünya yarışları keçirilib.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı