Azərbaycanlı hakim Polşada keçiriləcək beynəlxalq yarışa təyinat alıb
09 avqust 2025 - 17:20 521
Azərbaycan Atletika Federasiyasını (AAF) təmsil edən beynəlxalq dərəcəli hakim Teymur Axundov Polşanın Belostok şəhərində keçiriləcək "Mityng Ambasadorów" beynəlxalq yarışına təyinat alıb.
AAF-ın mətbuat xidmətindən verilən məlumata görə, mütəxəssis texniki deleqat və dopinq nəzarəti üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.
T.Axundov yarış zamanı idmançılar üçün bərabər və ədalətli rəqabət mühitinin təmin edilməsinə, həmçinin dopinq qaydalarına riayət olunmasına nəzarət edəcək.
Qeyd edək ki, "Mityng Ambasadorów" Polşada atletika üzrə nüfuzlu idman tədbirlərindən biri hesab olunur və dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli idmançıları bir araya gətirir.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı