Azərbaycanın yunan-Roma güləşçisi reytinq turnirinin qalibi olub
09 iyun 2024 1247
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin qalibi olub.
63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı qızıl medal görüşündə moldovalı Viktor Kiobanu ilə qarşılaşıb.
Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn idmançımız reytinq turnirinin qalibi olub.
Beka Kandelaki (130 kiloqram) isə ilk qarşılaşmada məğlubiyyətə üzülüb.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc medal qazanıb. Milli komanda iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı