Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb
24 noyabr 2025 - 12:51 548
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyasından (CEV) yeni təyinat alıb.
O, qadın voleybolçuların Çelenc Kubokunda Yunanıstanın “Panionios” və Rumıniyanın “Korona Brasov” komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq.
Matçda ikinci hakim funksiyasını isə makedoniyalı Vlatka Ristovski yerinə yetirəcək.
Qeyd edək ki, oyun noyabrın 25-də Yunanıstanda keçiriləcək.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı