Azərbaycanın veteran cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
04 noyabr 2025 - 10:13 455
Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.
İilk yarış günündə Azərbaycanın bir cüdoçusu fəxri kürsüyə qalxıb. M2 yaş kateqoriyasında mübarizə aparan Qurban Məmmədli mundialın bürünc medalını əldə edib.
+100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan idmançı üçüncü yer uğrunda görüşdə italiyalı Pavel Qurqisi məğlub edib.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 34 cüdoçu ilə təmsil olunur.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı