Azərbaycanın veteran cüdoçusu 10 qat Avropa çempionu olub
07 iyun 2024 1402
Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.
M8 yaş kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən Fərhad Rəcəbli bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbə ilə F.Rəcəbli usta cüdoçular arasında 10 qat Avropa çempionu olub.
90 kiloqram çəkidə Nazim Əliyev (M7) və 66 kiloqramda Vahid Azərpur (M8) bürünc mükafata sahib çıxıb.
100 kiloqramda isə Qabil Qasımov (M5) 5-ci yeri tutub.
Qeyd edək ki, iyunun 9-na kimi davam edəcək qitə birinciliyində 35 ölkədən 800 cüdoçu mübarizə aparır.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı