Azərbaycanın velosiped idmanı üzrə yığmaları Gədəbəydə təlim-məşq toplanışı keçəcəklər
06 avqust 2025 - 12:29 674
Azərbaycanın velosiped idmanı üzrə müxtəlif yaş qruplarından ibarət milli komandaları Gədəbəyə təlim-məşq toplanışına yola düşüblər.
Velosiped İdmanı Federasiyasından bildirilib ki, ayın sonunadək dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə keçiriləcək təlim-məşq toplanışında idmançılar nəzəri-praktik məşqlərdə və təlimlərdə iştirak edəcəklər.
Təlim-məşq toplanışına yola düşməzdən öncə Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) tədbirin təşkilatçıları və idmançılarla görüş keçirilib. Federasiyanın I vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, AzVİF rəhbərliyi yığma üzvlərinin hazırlığının artırılmasına xüsusi diqqət yetirir, Gədəbəy rayonunun təbiəti və coğrafi şəraiti isə velosipedçilərin müxtəlif növ marşrutlarda məşq etmələrinə imkan yaradır. Onun sözlərinə görə, xüsusilə, yüksəklikdə yerləşən marşrutlar idmançıların fiziki hazırlığına müsbət təsir göstərəcək ki, bu da oktyabrda Fransada keçiriləcək Avropa çempionatına hazırlıq üçün olduqca önəmlidir.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı