Azərbaycanın üzgüçülük komandası III MDB Oyunlarını 13 medalla başa vurub
02 oktyabr 2025 - 11:45 588
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları başa çatıb.
Gəncə İdman Sarayında təşkil edilən yarışların sonuncu - beşinci günündə Azərbaycan təmsilçilərindən Süleyman İsmayılzadə qızıl, Anastasiya Qnussina isə bürünc medal qazanıb.
Onlar müvafiq olaraq, 400 və 1500 metr məsafəyə sərbəst üsulla üzmədə fərqləniblər.
Bununla da Azərbaycanın üzgüçülük komandası III MDB Oyunlarını 13 medalla başa vurub.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı