Azərbaycanın uşaq badmintonçuları Gürcüstanda 16 medal qazanıblar
24 sentyabr 2024 1069
Azərbaycanın uşaq badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 16 medal qazanıblar.
Bunlardan 5-i qızıl, 5-i gümüş, 6-sı bürünc mükafatdır.
11 və 13 yaşadək uşaqlar arasında təşkil olunan turnirdə Azərbaycanla yanaşı, Türkiyə, ev sahibi Gürcüstan, Qazaxıstan, Maldiv və Ermənistan badmintonçuları da iştirak ediblər. Turnirdə 17 badmintonçu ilə təmsil olunan ölkəmiz bütün kateqoriyalarda fəxri kürsüdə yer alıb.
U-11
Oğlanlar. Şəxsi yarış
2-ci yer. İsmayıl Qarayev
3-cü yer. Həsən Məmmədov
Qızlar. Şəxsi yarış
3-cü yer. Zərifə Rüstəmova
Qoşa oğlanlar
1-ci yer. İsmayıl Qarayev – Həsən Məmmədov
2-ci yer. Məhəmmədəli Ələsgərli - Zülfüqar Kərimli
Qarışıq qoşa
1-ci yer. İsmayıl Qarayev – Lalə İsmayılova
2-ci yer. Həsən Məmmədov – Zərifə Rüstəmova
3-cü yer. Zülfüqar Kərimli - Zabitə Sadıqova
U-13
Oğlanlar. Şəxsi yarış
1-ci yer. Malik Cəfərov
2-ci yer. Yusif Kamalov
3-cü yer. Ömər Teymurlu
Qoşa oğlanlar
1-ci yer. Ömər Teymurlu – Omar Mehdi
2-ci yer. Yusif Kamalov – Malik Cəfərov
Qarışıq qoşa
1-ci yer. Ömər Teymurlu – Banu İbrahimli
3-cü yer. Omar Mehdi – Ayla Abdullayeva
Qızlar. Şəxsi yarış
3-cü yer. Banu İbrahimli
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı