Azərbaycanın üç sərbəst güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib
07 aprel 2025 436
Azərbaycanın üç sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
İslam Bazarqanov (54 kiloqram) 1/4 finalda türkiyəli Muhammet Karavuşa, Əli Rəhimzadə (65 kiloqram) almaniyalı Niko Meqerleyə, Kənan Heybətov (70 kiloqram) isə bolqarıstanlı Mihail Georgiyevə qalib gəlib.
Onlar yarımfinal mərhələsində müvafiq olaraq, Naçın Monquş (UWW), Xamzat Arsamerzoyev (Fransa) və David Bayevlə (UWW) üz-üzə gələcəklər.
Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər sərbəst güləşçiləri Orxan Abasov (79 kiloqram) təsnifat, Abubakr Abakarov (97 kiloqram) isə 1/4 finalda rəqiblərinə uduzublar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 13-dək davam edəcək.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı