Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurub
22 aprel 2024 495
Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının 5-ci günündə çıxışını qələbə ilə başa vurub.
Zeynəb Rəhimova (52 kq) 1/8 finalda Nikola Primaçenkonu (Polşa) 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib.
O, aprelin 23-də Venelina Poptoleva (Bolqarıstan) ilə döyüşəcək.
Məhsəti Həmzəyeva (57 kq) da ilk qarşılaşmasını aktivinə yazıb. İdmançı 1/8 finalda Rebeka Dobosu (Macarıstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:26, 30:25, 30:27). Həmzəyeva 1/4 finalda Svetlana Kamenova (Bolqarıstan) ilə üz-üzə gələcək. Görüş aprelin 23-nə təsadüf edəcək.
Yığmamızın lideri Alfonso Dominqes (92 kq) isə adını yarımfinala yazdırıb. Dünya çempionu 1/4 finalda israilli Yan Zaka 4:3 hesabı ilə qalib gəlib. O, yarımfinala vəsiqə ilə özü üçün azı bürünc medalı təmin edib. Dominqes növbəti görüşünü aprelin 25-də keçirəcək.
Qeyd edək ki, bu gün Anaxanım İsmayılova (48 kq) da Lusine Gevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdıraraq 1/4 finalda iştirak hüququ qazanıb.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı