Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
25 aprel 2024 1069
Azərbaycanın üç bədii gimnastı Bolqarıstanın Burqas şəhərində keçiriləcək “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində iştirak edəcək.
Ayan Sadıqova, Dəniz Abdullazadə və Dəniz Əsgərova fərdi proqramda bacarığını göstərməyə çalışacaq.
Onlar yarışda məşqçilər Aliyə Paşayeva və Nigar Mircəlallının rəhbərliyi altında mübarizə aparacaqlar. Turnirdə azərbaycanlı hakimlərdən Dilbər İbrahimova ilə Səbinə Hacıyeva ədaləti qoruyacaq.
Qeyd edək ki, yarış aprelin 26-28-də gerçəkləşəcək.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı