Azərbaycanın stolüstü tennisçisi Ginnesin Rekordlar Kitabına düşüb
20 may 2026 - 20:45 281
Stolüstü tennisçi Nihad Məmmədov adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, bununla bağlı müvafiq qurumdan rəsmi təsdiq sənədi göndərilib.
Xatırladaq ki, milli komandanın üzvü bu ilin aprel ayında “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib. Gənclər və İdman Nazirliyinin, Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib.
Qeyd edək ki, həmin rekord (17.50) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı