Azərbaycanın stolüstü tennisçiləri nüfuzlu turnirdə iki medal qazanıblar
01 mart 2024 1003
Azərbaycanın stolüstü tennisçiləri Əlcəzairdə keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində iki medal qazanıblar.
Yığma üzvlərindən Onur Quluzadə qızıl, Yağmur Məmmədli isə bürünc mükafatın sahibi olub.
13 yaşadək idmançıların mübarizəsində qrup mərhələsini inamla adlayan O.Quluzadə digər rəqiblərini də üstələyərək finala yüksəlib. Həlledici görüşdə Səudiyyə Ərəbistanı idmançısına da qalib gələn tennisçi yarışın qızıl medalına layiq görülüb.
Eyni yaş qrupunda bacarığını göstərən Yağmur Məmmədli qrupda rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra növbəti mərhələlərdə də inamlı çıxış edərək finala adlayıb. Son qarşılaşmada isə Özbəkistan təmsilçisinə uduzan Y.Məmmədli fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, “WTT Youth Contender” yeniyetmə və gənc stolüstü tennisçilərin ən nüfuzlu turnirlərindən sayılır.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
