Azərbaycanın stolüstü tennisçiləri Finlandiyaya yollanıblar
04 dekabr 2024 824
Azərbaycanın stolüstü tennisçiləri daha bir beynəlxalq yarışda iştirak edəcəklər.
Ənənəvi “Finlandiya Open” turnirində milli komandanın 12 üzvü bacarığını göstərəcək. Baş məşqçi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaqlar.
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iki yaş qrupu üzrə keçiriləcək yarışın oyunlarını idarə edəcək.
Sabah Lohya şəhərində start veriləcək “Finlandiya Open”ə dekabrın 8-də yekun vurulacaq.
Bənzər xəbərlər
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı