Azərbaycanın stolüstü tennisçiləri Dohadakı turniri 3 medalla başa vurublar
03 fevral 2025 650
Azərbaycanın stolüstü tennisçiləri Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Star Contender Doha 2025” turnirini 3 medalla başa vurublar.
Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, yarışın son günündə mübarizə aparan Onur Quluzadə U-15 kateqoriyasının qoşa turnirində çıxış edib.
O, koreyalı həmkarı Ma Yeonqminlə finalda Türkiyə idmançıları Kenan Kahraman və Görkem Ocala uduzaraq gümüş mükafatla kifayətlənib.
Xatırladaq ki, bundan əvvəl O.Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa, Mərziyyə Nurmətova ilə Aylin Əsgərova isə qoşa yarışlarda bürünc medala layiq görülüblər. O. Quluzadə həmçinin, Dohada təşkil olunan “WTT Youth Contender Doha 2025” turnirində ikinci yeri tutub.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı