Azərbaycanın stolüstü tennis millisi Latviyada 9 medal qazanıb
28 oktyabr 2024 763
Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilmiş “Riga City Council’s Youth Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, yarışın son günlərində milli komanda aktivinə daha 7 medal yazdırıb. Şəbnəm Mansurova U-15 yaş dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yaş qrupunda qüvvəsini sınayan Onur Quluzadə ikinci, Yağmur Məmmədli üçüncü yeri tutub. U-19 kateqoriyasında Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli üçüncü olub.
Xatırladaq ki, yarışın ilk günündə Onur Quluzadə ilə Yağmur Məmmədli 13 yaşlılarda baş mükafata sahib çıxıblar. Bununla da milli komanda turniri 3 qızıl, 1 gümüş, 5 bürünc medalla yekunlaşdırıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı