Azərbaycanın Skopye-2025-dəki bayraqdarları müəyyənləşdi
19 iyul 2025 - 20:40 738
Azərbaycanın XVIII Avropa Gənclər Yay Olimpiya Festivalındakı bayraqdarları müəyyənləşib.
İyulun 20-də Şimali Makedoniyanın paytaxtı Skopyedəki Yan Sandanski İdman Mərkəzində keçiriləcək mərasimdə üçrəngli bayrağımızı cüdoçu Zeyd Ələsgərov (-60 kq) və taekvondoçu Humay Dadaşova (49 kq) daşıyacaq. Zeyd Ələsgərov cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının və üç dəfə Avropa Kubokunun qalibi, Humay Dadaşova isə taekvondo üzrə iki dəfə Türkiyə açıq birinciliyinin qalibidir.
Qeyd edək ki, iyulun 20-dən 26-dək təşkil olunacaq budəfəki festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə - Şimali Makedoniyanın paytaxtı Skopye və Kumanovo şəhərlərində, həmçinin Xorvatiyanın Osiek şəhərində keçiriləcək.
Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Azərbaycan təmsilçisi Zahit Cəfərov Çexiyanın Frenştat pod Radhoştem şəhərində keçirilən ... Ətraflı
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
Yaponiyanın paytaxtı Tokioda fiqurlu konkisürmə üzrə "Kinoshita Cup" yarışı keçirilib.
Azərbaycan ... Ətraflı