Azərbaycanın qadın sablyaçıları Dünya Kubokunda çıxışlarını başa vurublar
26 may 2025 628
Azərbaycanın qadın sablyaçıları Perunun paytaxtı Limada keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışlarını başa vurublar.
Qılıncoynatma Federasiyasından verilən məlumata görə Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət kollektiv komanda yarışında 1/8 finalda turnirin finalçısı Yaponiyaya 37:45 hesabı ilə uduzub.
9-16-cı yerlər uğrunda qarşılaşmalarda Honkonqa 45:36 hesabı ilə qalib gələn komanda İspaniyaya 35:45 hesabı ilə məğlub olub. Azərbaycan sablyaçıları 11-12-ci yerlər uğrunda görüşdə Almaniyaya 38:45 hesabı ilə uduzub.
Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç ən güclü "16-lığ"a kimi irəliləyib. Səbinə Kərimova və Zərifə Hüseynova isə 140-dan çox iştirakçının qatıldığı turnirdə ilk "yüzlük"də yer alıb.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı