Azərbaycanın qadın güləşçisi Türkiyədə qızıl medala yiyələnib
17 mart 2024 1253
Azərbaycanın üç güləşçisi Türkiyənin Antalya şəhərində keçirilən U-20 yaş qrupu üzrə "Çempionlar" turnirində fəxri kürsüyə qalxıb.
İkinci yarış günündə qadın güləşində Əsmər Cankurtaran (53 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Sərbəst güləşdə isə Ruslan Abdullayev (61 kiloqram) və Anar Cəfərli (92 kiloqram) bürünc mükafata sahib çıxıblar.
