Azərbaycanın Olimpiya mükafatçısı Polşada keçirilən turnirdə qızıl medal qazanıb
04 avqust 2025 - 19:17 853
İyulun 30-dan avqustun 3-dək Varşavada güləş üzrə beynəlxalq turnir keçirilib.
Polşanın məşhur güləşçilərinin xatirəsinə təşkil edilən ənənəvi yarışda ölkəmizi sərbəst güləşdə Giorgi Meşvildişvili (125 kq) təmsil edib.
Ötən ay zədələndiyi üçün Macarıstanda baş tutan reytinq turnirində iştirak etməyən təcrübəli güləşçi Varşavada uğurlu çıxış edib. Olimpiya Oyunlarının bürünc medalçısı və Avropa çempionu bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bənzər xəbərlər
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
“525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin ... Ətraflı
Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib
Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurasının İdarə Heyətinin yeni üzvləri ... Ətraflı