Azərbaycanın istedadlı şahmatçısı FIDE Akademiyasına cəlb edilib
04 aprel 2024 1025
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təsis etdiyi Şahmat Akademiyası dünya ölkələrindən seçilən istedadlı uşaqlar üçün xüsusi təlim keçirib.
2024-cü ilin yanvar ayından başlayan ilk mərhələdə 450 yeniyetmə onlayn dərslərə cəlb edilib.
Onlayn dərslərin yekununa əsasən, xüsusi seçilən 13 yeniyetmə əyani məşqlərdə iştirak üçün İspaniyanın Menorka şəhərinə dəvət olunub. Onların arasında Azərbaycan təmsilçisi Xaqan Əhməd də var. Şahmatçımız İspaniyada bir həftəlik əyani məşqlərə qatılıb. Hazırlıq zamanı Yudit Polqar və Artur Yusupov kimi tanınmış mütəxəssislər təcrübələrini yeniyetmələrlə bölüşüblər.
Qeyd edək ki, məşqlərdə debütdə yeniliklər, oyunda vəziyyətin düzgün qiymətləndirilməsi və zəif məqamların tapılması, hücum və müdafiə prinsipləri, fiqurların düzgün dəyərləndirilməsi və digər mövzularda müzakirələr aparılıb. Şahmatçının formalaşmasında təhsilin vacib rol oynadığı qeyd olunub, yeniyetmələrə fiziki hazırlığa və qidalanmaya diqqətlə yanaşmaq məsləhət görülüb.
FIDE Şahmat Akademiyası – Beynəlxalq Şahmat Federasiyası və Chessable platforması tərəfindən təsis edilib. 2021-ci ildən fəaliyyət göstərən akademiyaya 100-dən çox federasiyanın şahmatçıları cəlb olunub. Kanadada keçirilən İddiaçılar Turnirinin iştirakçısı Qukeş Domaracu və ötən il yeniyetmələr arasında dünya çempionu olan Kandela Belen akademiyanın tələbələrindən olub.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı